Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhəmməd bin Salmanın yerinə, Məhəmməd bin Naif? - Təhlil  

Sərdar TURQUT

“Habertürk”, Türkiyə, 27 oktyabr 2018-ci il

İctimai rəydə belə fikir var ki, Vaşinqton Məhəmməd bin Salmana (MBS) şərtsiz dəstək verir. Rəsmi Vaşinqtonun davranışlarına baxılarsa, bu ehtimal doğru sayıla bilər. Ancaq bunu da nəzərə almalıyıq ki, hazırda ABŞ dərin dövlətində Məhəmməd bin Salmanla bağlı ciddi müzakirə gedir.

ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından Məhəmməd bin Salmanın həyati əhəmiyyət daşıması fikrini müdafiə edənlər, təbii ki, var. Lakin buna qarşı olanlar, ABŞ-ın Səudiyyə Ərəbistanında üzərində oynaması lazım olan əsl şəxsin Məhəmməd bin Naif (MBN) olduğunu və onun Məhəmməd bin Salmanın yerinə keçirilməsi fikrinin daha doğru olduğunu müdafiə edənlər də var.

Mənə verilən məlumatlara görə, Xaşuqci hadisəsindən sonra bu iki qrup arasındakı müzakirə əməlli-başlı qızışıb.

ABŞ-ın Məhəmməd bin Naifə oynamalı olduğunu düşünənlər arasında həm demokratlara, həm də respublikaçılara yaxın şəxslər var. MKİ-nin sabiq direktoru Con Brennan, milli təhlükəsizlik camiəsində təsirli olan Frensis Tauzend və Bryus Ridel bu qrupun öndə gələn şəxsləridir.

Məhəmməd bin Naif kimdir?

Vaşinqtondakı dairələr Məhəmməd bin Naifi səudi şahzadələri içində ən çox ABŞ tərəfdarı olan şəxs kimi görürlər. O, Səudiyyə Ərəbistanında terrorizmə qarşı effektiv fəaliyyətləriylə tanınır. Hətta ABŞ tərəfindən ona MKİ-nin sabiq direktoru Corc Tanet adına terrorizmə qarşı mübarizə mükafatı da verilib. Mükafatı birbaşa verən şəxs də Xarici işlər naziri Mayk Pompeo olub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

ABŞ dərin dövlətinin strukturundakı bir qrup Məhəmməd bin Nayefin Məhəmməd bin Salmandan daha etibarlı bir ortaq olduğunu və ABŞ-ın milli təhlükəsizlik maraqlarına daha yaxşı xidmət edəcəyini söyləyir.

Mira Rikardelin mövqeyi

Vaşinqtonun dərinliklərində gedən bu müzakirə Xaşuqci hadisəsi baş verdikdən sonra dövlətin hər səviyyəsində hiss edilməyə və öz təsirini göstərməyə başlayıb. Hətta bugünədək davamlı olaraq Məhəmməd bin Salmana dəstək verən Milli təhlükəsizlik maşaviri Con Boltonun təsirli və güclü müavini Mira Rikardel də MBS-nin gələcəyini təftişdədir.

O da deyilir ki, hər gün “WhatsApp” vasitəsilə MBS ilə mesajlaşan, onunla yaxın dost olan Cared Kuşner belə, ondan soyumağa başlayıb və alternativ şəxslərə, misal üçün, Məhəmməd bin Naifə isti münasibətə start veilə bilər.

Buradakı bəzi mənbələrə görə, əgər Türkiyə əlindəki kartlarla düzgün oynamağa davam edərsə, Vaşinqtonun dərinliklərində gedən bu müzakirələri belə, yönləndirmə gücünə sahib ola bilər.

Bu proses ərzində Xaşuqci işinin istintaqının nəticələrinin Səudiyyə Ərəbistanına necə təsir edəcəyinin və Məhəmməd bin Naifin atacağı gözlənilən addımların çox yaxşı izlənməsi lazımdır.(Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Ən çox oxunanalar